320 ton kolbasa məhv ediləcək - Xəstəlik aşkarlandı

320 ton kolbasa məhv ediləcək -
Almaniyanın Hesse federal torpağında 320 ton kolbasa məhv ediləcək.

Trend-in məlumatına görə, “Wilke” fabrikinin istehsal etdiyi kolbasada listerioz xəstəliyi aşkar edilib.

Bu xəstəlik nəticəsində 3 nəfər vəfat edib.

Qeyd olunur ki, məhvetmə prosesi 2 həftə davam edəcək və 100 min avroya başa gələcək.

Bu prosesdə, həmçinin fabrikin 20-yə yaxın əməkdaşı da iştirak edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...