Ərdoğandan sensasion addım: 48 ədəd Su-35...

Ərdoğandan sensasion addım:

Türkiyə və Rusiya arasında yaxın vaxtlarda Su-35 qırıcılarının satışı ilə bağlı müqavilə imzalanması ehtimalı çox yüksəkdir.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri adı açıqlamayan türk rəsmiyə istinadən yazıb.

“Görüşlər olduqca yetkin xarakter alıb. Anlaşma çox uzaq görünmür”, - nəşrə danışan mənbə bildirib.

Türkiyəli rəsmi müzakirə prosesində son rəqəmlərin dəyişəcəyini istisna etməsə də, hazırda Türkiyənin 48 ədəd Su-35 təyyarəsi almaq niyyətində olduğunu ifadə edib. Nəşrə danışan başqa bir türk rəsmisi isə Rusiyanın Su-35-lər üçün Ankaraya münasib bir qiymət təklif edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyənin “Deyli Sabah” nəşri də bir neçə gün bundan əvvəl rəsmi Ankara və Moskvanın 36 ədəd Su-35 qırıcısının təchizatı barədə razılaşmaya baxa biləcəyini yazmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...