Yerevanda mehmanxanadan müştərilər təxliyyə olunublar

Yerevanda mehmanxanadan müştərilər təxliyyə olunublar
Ermənistanın Fövqəladə Hallar Nazirliyinə Yerevan şəhərinin mərkəzindəki “Hyatt Place” hotelində partlayıcı qurğunun olması barədə məlumat daxil olub.
“Report” TASS-a istinadən xəbər verir ki, hökumət binalarının yaxınlığında yerləşən mehmanxanaya müvafiq qurumların mütəxəssisləri – yanğın xidməti, xilasedicilər, istehkamçılar və.s cəlb edilib.
Yerli KİV-lər hadisə yerindən canlı yayım aparır. Bütün əməkdaşları və müştəriləri təxliyyə olunmuş mehmanxana mühasirəyə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...