Ərdoğan istefasını istədi, millət vəkili AKP-dən getdi

Ərdoğan istefasını istədi,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istefasını istədiyi İstanbul millət vəkili Mustafa Yeneroğlu AKP-dən ayrılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yeneroğlu istefasını Ərdoğanın çağırışından sonra verdiyini deyib:

“Doğru hesab etdiyim hər şeyi ictimaiyyətlə bölüşdüm. Siyasətə 7 iyun 2015-ci il seçkiləriylə Prezidentin dəvəti ilə qoşuldum. 2-3 ildir ki, partiyamın siyasi işlərində bir çox narahatlıq keçirdiyimi, insan haqlarının pzulması, demokratik qurumların ziyan görməsi ilə bağlı fikirlərimi ictimaiyyətlə paylaşdım. Türkiyənin demokratikləşməsi dövründə qarşı-qarşıya qaldığımız problemlər oldu.

Partiyanın son 2 iclasına problemlərin həllinə ümid etmədiyim üçün qatılmadım. 28 oktyabr tarixində AKP-dən istefa verdim. Bu addımı partiyanın baş katibi ilə görüşdən sonra atdım. Mənə Prezidentimizin partiyadan istefa etməyimi istədiyi deyildi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...