BMT baş katibi Ərdoğanla görüşdə

BMT baş katibi Ərdoğanla görüşdə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda BMT Baş katibi Antoni Guterresi qəbul edib.

Virtualaz.org bildirir ki, bu barədə “Anadolu” Türkiyə liderinin administrasiyasına istinadən məlumat yayıb.

Vaxtəddin sarayında mətbuata qapalı keçirilən görüş ən azı bir saat davam edib.

Danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun, Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın və Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Volkan Bozkır iştirak ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...