Ermənistan Milli Təhlükəsizlik Xidməti danışılmış oyun aşkarlayıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti danışılmış oyun aşkarlayıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin səviyyəcə ikinci liqasında çıxış edən komandaların matçında oyun alqı-satqısı aşkarlayıb.

"Report" "Rusarminfo.ru" saytına istinadən xəbər verir ki, "Masis" klubunun nümayəndəsi və oyunçulardan biri rüşvət müqabilində sentyabrın 6-da keçirilmiş "Torpedo Yerevan" ilə görüşün nəticəsini bilərəkdən rəqibin xeyrinə təyin ediblər.

Ölkə kuboku matçında bir neçə insanın etdiyi mərc nəticəsində bukmeyker şirkətinə ciddi ziyan dəyib, ancaq dəyən ziyanın məbləği açıqlanmayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində faktla bağlı cinayət işi açılıb. Klub üzvləri təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində axtarış qərarı çıxarılıb. Məsələ ilə bağlı Ermənistan Futbol Federasiyasına və UEFA-ya məlumat veriləcək.

İlkin istintaq davam edir.

Qeyd edək ki, qarşılaşma "Torpedo Yerevan"ın 3:0 hesablı qələbəsi ilə bitib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...