Ermənistanda polis əməkdaşları rüşvətə görə həbs ediliblər

Ermənistanda polis əməkdaşları rüşvətə görə həbs ediliblər
Yerevan polisinin iki əməkdaşı rüşvət ittihamı ilə həbs edilib.

APA-nın “sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarına Yerevanın Erebuni polis şöbəsinin iki əməkdaşının vətəndaşdan problemin həlli müqabilində rüşvət tələb etməsi barədə məlumat daxil olub. Bundan sonra keçirilmiş əməliyyat zamanı hər iki polis əməkdaşı həbs edilib.

Faktla bağlı cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...