Türkiyədə qanun dəyişdirildi: Bununla bağlı xəbər verənə 10 milyon mükafat

Türkiyədə qanun dəyişdirildi:


Türkiyədə Terrorçuluqla Mübarizə haqqında qanunda dəyişiklik edilib.

Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.

Bildirilib ki, cinayətlərin açılmasında, sübutların götürülməsində, günahkarların tutulmasında, yerlərinin və ya kimliklərinin bildirilməsində kömək edənlərə veriləcək pul mükafatı artırılıb.

Məlumatlara görə, hər bir tutarlı informasiya üçün 200 min lirə (təxminən 59 min AZN - red.) pul mükafatı veriləcək. Terror qruplaşmasının rəhbərləri ilə bağlı veriləcək istənilən tutarlı məlumata görə 10 milyon lirə (2,9 milyon AZN - red.) mükafat vəd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...