On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir?

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir?

Ermənistana Hindistan və Pakistandan on minlərlə “qeyri-ənənəvi oriyentasiyaya malik indus ” axın edir. Bu, “antierməni layihəsinin” bir hissəsidir.

Virtualaz.org xəbər verir ki, belə iddia ilə qarabağlı keçmiş səhra komandiri və generral, hazırda Nikol Paşinyanın bir nömrəli düşməninə çevrilmiş Vitali Balasanyan shame.am portalına müsahibəsində çıxış edib.

“Hazırda Ermənistanı Hindistan pasportu ilə “indus” sifətli adamlar və “kubalılar” başına götürüb. Bu yaxınlarda biz həmin “kubalıların” bir qrupunu Yerevanda, hökumət binasının qarşısındakı Respublika meydanında gördük-onlar transgender-fahişələr idi”,-Balasanyan deyib.

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir?


O, qeyd edib ki, KİV-lərin ardınca bu adamların QİÇS-lə xəstə olduğunu müvafiq analizlər aparılmadan iddia edə bilməz. “Amma onlar sözün hərfi mənasında xəstədir, çünki homoseksualistdir və deməli xəstə adamlardır”,-Balasanyan bildirib.

Balasanyanda informasiya var ki, qarşısı alınmasa “ən azı 10 min belə homoseksual” Ermənistana gələcək. “Və üstəlik daha böyük təhlükə odur ki, Ermənistana axın edən “induslar” mənim informasiyama görə müsəlmandır, onların sayı 30 minə çatır”,-o iddia edib.

Keçmiş səhra komandiri daha da irəli gedərək deyib ki, “onun əldə etdiyi informasiyaya görə” həmin “hindistanlı qastarbayterlərin” ailələri ABŞ-dan gen-bol maliyyələşdirilir və bu da onlara Ermənistanda “qəpik-quruşa işləməyə” imkan yaradır.

“Hazırda Ermənistana eyni zamanda iki axın yönəlib: qeyri-ənənəvi oriyentasiyaya malik olanlar və müsəlmanlar. Siz təsəvvür edirsinizmi ki, Ermənistan üçün 10 min qeyri-ənənəvi oriyentasiyalı və 15 mindən çox müsəlman nə deməkdir?”,-Balasanyan bütün bunların indiki hakimiyyətin əməlləri olduğunu deyərək sual edib.

Onun fikrincə Nikol Paşinyanın hökumətinin bütün hərəkətləri Ermənistan üçün çox təhlükəlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...