Ermənistan-Türkiyə münasibətlərinin normallaşması... - Rusiya

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması... -

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, hər şeydən öncə İrəvan və Ankaranın ikitərəfli gündəmi məsələsidir.

Axar.az xəbər verir ki, bunu “Mediamaks”a müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

"Təəssüf ki, hazırkı mərhələdə tərəfdaşlarımız hələ də diplomatik münasibətlərin bərpasına gəlib çıxa bilmirlər. Hesab edirik ki, Ermənistan və Türkiyə bu istiqamətdə işləyəcək. Güman edirəm ki, belə imkanlar saxlanılır. Rusiya tərəfi öz tərəfindən lazımi yardımı göstərməyə hazırdır. Ermənistan-Türkiyə fikir ayrılığının tez həlli Cənubi Qafqazdakı ümumi siyasi atmosferin sağlamlaşdırılmasına, təhlükəsizlik və stabilliyin gücləndirilməsinə xidmət edəcək", - deyə o bildirib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...