Moskva Moralesin hakimiyyətdən uzaqlaşdırılmasını “dövlət çevrilişi” hesab edir

Moskva Moralesin hakimiyyətdən uzaqlaşdırılmasını “dövlət çevrilişi” hesab edir

Boliviya prezidenti Evo Moralesin istefası “rejissorlaşdırılmış dövlət çevrilişi”dir.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi bəyanatında bildirilir.

Sənəddə deyilir ki, Boliviya hökuməti böhrandan dialoq yolu ilə çıxış axtarmağa hazır idi, amma hadisələrin sonrakı inkişafı bu cür yanaşmanı heçə endirdi. Bəyanata əsasən Moskva baş verənlərdən “dərin narahatlıq keçirir” və Boliviyanın bütün siyasi qüvvələrini sağlam məsuliyətə səsləyir. Habelə Boliviyaya qonşu ölkələrdən və beynəlxalq təşkilatlardan da məsuliyyətli yanaşma gözləyir.

XİN Rusiyanı Boliviya ilə “dostluq, konstruktiv qarşılıqlı münasibətlər və hər iki tərəfə faydalı əməkdaşlıq” birləşdirir.

Xatırladaq ki, Boliviya prezidenti Evo Morales oktyabrın 20-dən bu yana müxalifət tərəfdarlarının prezident seçkilərinin nəticələrinə etiraz olaraq başlatdığı etiraz aksiyalarının nəticəsində istefa verib. Morales bu seçkilərdə dördüncü dəfə namizədliyini irəli sürmüşdü və onun 47 faiz səs yığdığı, müxalifətin lideri Karlos Mesanın isə 37 faiz səsə malik olduğu açıqlanmışdı. Lakin Karlos Mesa nəticələri tanımadı və ikinti turun keçirilməsini tələb etdi, onun tərəfdarları üçələrə çıxdı. Nəhayət ordu və polis xalqın tərəfinə keçdi, Morales istefa verməli oldu.

Rusiya Dövlət Dumasının beynəlxalq işlər komitəsinin sədri Aleksey Çepa da hesab edir ki, Moralesin istefası dövlət çevrilişidir. Onun sözlərinə görə, prezidentin ardınca parlament spikerinin və bir sıra digər dövlət xadimlərinin də istefa verməsi baş verənlərin dövlət çevrilişi olduğunu təsdiqləyir. Hərçənd daha əvvəl Federasiya Şurasının üzvü Konstantin Kosaçev Moralesin istefa verməklə “legitim yolla getdiyini” demişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...