“Nə Rusiya, nə də ABŞ terrorçuları Suriyadan çıxara bilib” - Türkiyə Prezidenti

“Nə Rusiya, nə də ABŞ terrorçuları Suriyadan çıxara bilib” -


Terror təşkilatları Suriyanın şimalından çəkilməyib, terrorçular hələ də bölgədədir.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən öncə hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müəyyən edilmiş müddət ərzində nə Rusiya, nə də ABŞ terror təşkilatlarını Suriyanın şimalından çıxara bilib: “Bunu ABŞ Prezidenti Donald Trampla müzakirə edəcəyik. ABŞ-dan qayıtdıqdan sonra isə bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışığımız olacaq”.

Türkiyə Prezidenti Avropa İttifaqına (Aİ) da müraciət edib. O qeyd edib ki, Avropa İttifaqı 4 milyon miqranta qucaq açan Türkiyəyə verdiyi sözü tutmayıb: “Danışıqlar hər an başa çata bilər. Əvvəl də demişdim, indi də deyirəm ki, qapıları aça bilərik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...