Serj Sərkisyanın xaç oğlu Moskvada həbs edildi

Serj Sərkisyanın xaç oğlu Moskvada həbs edildi

Rusiyanın Zelenoqrad şəhərində “Alraxaçi Levik” ləqəbli keçmiş deputat Levon Sərkisyan saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan polisi yayıb. Sərkisyan mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edilərək, axtarışa verilib. Hazırda onun ekstradisiyası məsələsinin həll edildiyi vurğulanıb.

Qeyd edək ki, Sərkisyan Ermənistan Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın iqamətgahına 11 il əvvəl baş verən hücumun iştirakçılarından olub.

Levon Sərkisyan Respublikaçılar Partiyasından deputat seçilib. O, eks-prezident Serj Sərkisyanın xaç oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...