Fransada donor skandalı - bağışlanan orqanlar kimlərə satıldı?

Fransada donor skandalı -
Dəhşətli faktlar ortaya çıxıb...

Fransanın paytaxtı Parisdəki məşhur ali təhsil müəssisələrindən biri olan Dekart (Paris V) universitetində dəhşətli faktlar ortaya çıxıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, universitetin tibb fakültəsinə elmi araşdırmalar üçün bağışlanan minlərlə cəsədin çürüdüyü və orqanların özəl şirkətlərə satıldığı məlum olub. Məlumata görə, cəsədlərin bəziləri isə siçanlar tərəfindən gəmirilib.

Fakültənin əməkdaşlarının bir cəsəddən 760 avro, bir orqanın satışından isə 340 avro gəlir əldə etdiyi təxmin olunur.

Donorların ailələrindən sərt reaksiyalar gəldiyi üçün universitet faktı qəbul edib və həmin ailələrdən üzr istəyib.

Faktla bağlı cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...