Ermənistanın baş naziri Sarqsyana qarşı cinayət işinin başlanılmasını istəyib

Ermənistanın baş naziri Sarqsyana qarşı cinayət işinin başlanılmasını istəyib

“Ermənistan keçmiş prezidenti Serj Sarqsyana qarşı 400 milyon dram (833 min 755 dollar - red.) həddində cinayət işinin başlanmasını xahiş edirəm”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 9-da bəyan edib.

“Bir neçə gün əvvəl Serj Sarqsyana qarşı 400 milyon dramlıq korrupsiya üzrə irəli sürülən ittiham bəziləri üçün gülməli olub. Ölkəmizdə elə adamlar var ki, onlar korrupsiyaya qarşı mübarizəni hökumətin və ya baş nazirin konsertə tamaşaçı sifarişi kimi qəbul edir. Bu baxımdan xahiş edirəm ki, Serj Sarqsyana qarşı 400 milyon dramlıq cinayət işi başlayasınız. Məntiqi bir sual meydana çıxır: niyə 4 milyardlıq deyil, 400 milyonluq sifariş vermişəm? Korrupsiya və ona qarşı mübarizə bir-birinin davamı olur”, - Nikol Paşinyan vurğulayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...