Qırğızlarla taciklər arasında sərhəddə kütləvi dava

Qırğızlarla taciklər arasında sərhəddə kütləvi dava
Qırğızıstanla Tacikistanın sərhədində kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, məlumatı Qırğızıstan Dövlət Sərhəd Xidməti yayıb.

“Bu səhər saat 09:30-da (Bakı vaxtı ilə 07:30) Koş-Tak kəndində Qırğızıstan və Tacikistan vətəndaşları arasında münaqişə baş verib. Təxminən 80 Qırğızıstan və 100 Tacikistan vətəndaşı bir-birlərini daş-qalaq edib”, - qurumun mətbuat xidməti bildirib.

Hadisə yerinə sərhəd xidməti nümayəndələri, vilayət administrasiyaları və hər iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək tərəfləri sakitləşdirib. İlkin məlumata əsasən, hadisəyə səbəb bir gün öncə qırğız vətəndaşının taciklər tərəfindən döyülməsi olub.

Qeyd edək ki, delimitasiya olunmamış ərazilər səbəbindən Qırğızıstan-Tacikistan sərhədində tez-tez münaqişələr baş verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...