Minlərlə hərbçi gizli tapşırıq zamanı xərçəngə tutuldu - ABŞ-da qalmaqal

Minlərlə hərbçi gizli tapşırıq zamanı xərçəngə tutuldu -


ABŞ ordusunda baş verən qalmaqal bütün ölkəni silkələyib. ABŞ Konqresi Pentaqondan insidenti araşdırmağı tələb edir.

REN TV məlumat verir ki, İraq və Əfqanıstanda xidmət aparan minlərlə amerikalı hərbçinin ağır formada zəhərlənməsindən sonra onlar onkoloji xəstəliyə tutulub, bəziləri isə vəfat edib.

Hərbçilər rəhbərliyin göstərişi ilə xüsusi gizli tullantıları məhv etməklə məşğul olublar.

Daha sonra məlum olub ki, xüsusi tapşırıq yerinə yetirən hərbçilər insan qalıqlarını, tibbi tullantıları, plastik və zəhərli məhsulları məhv ediblər.

Əsgərlərdən biri ölümündən bir qədər əvvəl göstərişin necə icra olunduğu açıqlayıb.

“Biz zibil, plastik və təhlükəli tullantıları yandırdıq. Bizə verilən qaz maskaları radiasiyadan və radioaktiv kimyəvi tullantılardan qorumaq üçün kifayət deyildi. Yandırılan tullantılarla nəfəs alırdıq”, - Brayn Alvardo adlı amerikalı hərbçi deyib.

ABŞ Müdafiə Nazirliyi isə xəsarət alanlara maddi təzminat ödəməkdən imtina edib.

Maraqlıdır ki, rəsmi Pentaqon baş verənləri təkzib etmir. Rəsmilər prosesdə müsbət dinamika müşahidə etdiklərini açıqlayırlar.(oxu.az)




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...