Sarkisyanın əmlakına həbs qoyuldu

Sarkisyanın əmlakına həbs qoyuldu

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

“Sarkisyanın və “Fleş” şirkətinin rəhbəri Barseq Bəyləryanın əmlakına həbs qoyulub”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Serj Sarkisyanın hakimiyyəti dövründə Yerevanda dizel yanacağının tədarükü məqsədilə keçirilən tenderdə “Maksur” və “Flash” də daxil olmaqla bir çox şirkətlər müraciət edib. “Maksur” daha aşağı qiymət təklif edib və onun müraciəti təsdiq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hökumətə təqdim edilib. Lakin Sarkisyan öz rəsmi mövqeyindən istifadə edərək tabeliyindəki şəxslərə "Flash" şirkətinin xeyrinə seçim etməyi tapşırıb.

Cari il dekabrın 4-də Xüsusi İstintaq Xidməti keçmiş prezidentə qarşı mənimsəmə və oğurluq ittihamı irəli sürüb. Sarkisyan 2013-cü il yanvarın 25-dən 7-dək bir milyondan çox vəsaiti oğurlamaqda ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...