Sarkisyanın qardaşı oğlu həbs edildi

Sarkisyanın qardaşı oğlu həbs edildi

Yerevanın ümumi yurisdiksiya məhkəməsi eks-prezident Serj Sarkisyanın Çexiyadan silah və narkotik maddə saxlama, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə Ermənistana ekstradisiya edilən qardaşı oğlu Narek Sarkisyanın həbsinə qərar verib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

“Yerevanın ümumi yurisdiksiya məhkəməsi Baş prokurorun vəsatətini təmin etdi və Narek Sarkisyanın həbsinə qərar verdi”, - qurumdan bildirilib.

Qeyd edək ki, Çexiya hüquq-mühafizə orqanları dekabrın 21-də Narek Sarkisyanı Ermənistana təhvil verib. O, 5 iyul 2018-ci ildə silah və narkotik maddə saxlamaq, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə axtarışa verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...