“Mənim mobil telefonum hər bir seçicinin evində var” - Fazil Mustafa

“Mənim mobil telefonum hər bir seçicinin evində var” -

"Artıq dünən seçki üçün zəruri olan imzaları tamamladıq. Digər tələb olunan sənədlərlə birlikdə qeydiyyat üçün dairə seçki komissiyasına təqdim edəcəyik. Bu prosesdə bizi dəstəkləyən bütün seçicilərə təşəkkürümü bildirirəm".

Modern.az xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində namizədliyini 26 saylı Sabunçu ikinci seçki dairəsindən irəli sürən Böyük Quruluş Partiyasının başqanı, beşinci çağırış Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Partiya sədri Bakıxanov qəsəbəsində seçki qərərgahının aktiv fəaliyyətə başladığını da qeyd edib.

"Dəmiryol vağzalına yaxın ərazidə ofisimizi də açdıq. Bundan əlavə sosial şəbəkədə bizim Milli Məclisdə təmsil olunmamızın millətimiz və dövlətimiz üçün faydalı olacağını düşünən vətəndaşları əhatə edəcək İctimai Dəstək qrupunu da yaratmaq fikrindəyik. Bu qrupun əsas işi indiyədək Milli Məclisdə və Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyətimizin obyektiv təbliği olacaqdır. Əlbəttə, fəaliyyətimizdən razı qalmayanlar da tapılacaqdır, onlara da sayğı ilə yanaşıram. Ancaq hər hansı təxribat, qaralama, böhtan və təhqir kampaniyalarına qarşı həmişəki kimi sərt mövqeyimizi də ortaya qoyacağıq. Bu dəfə də həmişəki kimi xalqın qarşısına alnıaçıq çıxırıq, deputat olduq-olmadıq, hər zaman bu uca millətin vəkilliyi missiyasını daha qətiyyətlə yürüdəcəyik. Mənim mobil telefonum hər bir seçicinin evində var, sosial şəbəkədə hər kəsin təmas qurma imkanı mövcuddur, təbliğat-təşviqat kampaniyası dövründə məhəllə-məhəllə görüşlər keçirəcəyəm, hər bir evə seçki platformamı çatdıracağam. İnşallah bu prosesi birlikdə uğurla başa çatdıracağımızdan əminəm", - deyə Fazil Mustafa bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...