Türkiyə polisi Naxçıvanla sərhəddə 3 İŞİD-çini yaxaladı

Türkiyə polisi Naxçıvanla sərhəddə 3 İŞİD-çini yaxaladı

Türkiyə polisi İŞİD-ə üzv olmaqda şübhəli bilinən üç şəxsi Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntqəsində yaxalayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda “Anadolu” agentliyi bildirir.

Agentliyə məlumat verən mənbə deyib ki, terrorçuluqda şübhəli bilinən şəxslərin münaqişə zonasına keçməyə hazırlaşdıqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Kocaeli antiterror polisi əməliyyat başladıb.

Şübhəlilər Türkiyə-Azərbaycan sərhədindəki Dilucu sərhəd-keçid məntəqəsində antiterror polisləri tərəfindən tutulub. Onlar Kocaeli polis idarəsinə aparılıb və hazırda dindirilir. Saxlanılan şəxslərin kimliyi, hansı ölkənin vətəndaşları olması açıqlanmır.

Türkiyə İŞİD üzvlərinin Suriyaya keçməsi üçün əsas tranzit ölkədir, vaxtaşırı olaraq təhlükəsizlik qüvvələri terror qruplaşmasının üzvlərini həbs edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...