General Xəlil Arslanovun əmlakına həbs qoyuldu

General Xəlil Arslanovun əmlakına həbs qoyuldu
Rusiya məhkəməsi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-polkovnik Xəlil Arslanovun əmlakına həbs qoyub.

Axar.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. Həbsin Arslanovun bir neçə milyon rublluq torpaq mülkləri və daşınmaz əmlakına qoyulduğu vurğulanıb.

Arslanov qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, bundan öncə Arslanov fırıldaqçılıqda ittiham olunub. Onun ordu üçün məxfi operativ-texniki texnikanı şişirdilmiş qiymətlərlə aldığı müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...