Putin yanvarın 8-də Türkiyəyə səfər edəcək

Putin yanvarın 8-də Türkiyəyə səfər edəcək
Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də Türkiyəyə işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Kremlin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, V.Putin “Türk axını" qaz boru kəmərinin istismara verilməsi ilə bağlı mərasimdə iştirak etmək üçün İstanbula gedəcək.

Bununla yanaşı, V.Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı, həmçinin Rusiya-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi və aktual beynəlxalq məsələlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirə ediləcəyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...