Gürcüstanda qripə yoluxma halları artıb

Gürcüstanda qripə yoluxma halları artıb

“Gürcüstanda yanvar ayının ikinci həftəsində qrip virusuna yoluxma halları həftəlik müqayisədə artıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə 100 min nəfərə 219 yoluxma halı düşür.
A.Qamkrelidze qeyd edib ki, mövsümi qrip virusu ilə bağlı xəstəxanaya yerləşdirilən pasiyentlərin sayında da artım qeydə alınıb.
Mərkəz rəhbəri deyib ki, 97 minə yaxın şəxs dövlət hesabına qrip əleyhinə peyvənd olunub. O, risk qrupuna daxil olan vətəndaşları peyvənd olunmağa çağırıb.
A.Qamkrelidze qripə görə məktəb və uşaq bağçalarında qış tətili müddətinin uzadılmasına ehtiyacın olmadığını vurğulayıb.
Qeyd edək ki, ötən həftə qonşu ölkədə qripə yoluxma halları 100 min nəfərə 191 hal təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...