Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi - VIDEO

Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi -

Türkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələ nəticəsində çökən dördmərtəbəli binanın altından 12 yaşlı uşaq xilas edilib.

“Qafqazinfo”nun məlumatına görə, azyaşlı yeraltı təkanlar zamanı qapı üzərinə düşdüyündən dağıntılar altında qalıb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində zəlzələdən 5 saat sonra sağ çıxarılıb. Təcili tibbi yardım avtomobili ilə Fırat Universiteti xəstəxanasına aparılıb.

Zəlzələdən 11 saat sonra Gülsüm İnce adlı hamilə qadın da dağıntılar altından xilas edilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...