Ukrayna Türkiyədən 50 milyonluq hərbi yardım alacaq

Ukrayna Türkiyədən 50 milyonluq hərbi yardım alacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə səfər edib. Səfər zamanı Ukraynanın Ankaradan öz ordusunun ehtiyacları üçün 50 milyon ABŞ dolları məbləğində maddi yardım alacağı barədə müqavilə imzalanacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa bildirib.

Onun sözlərinə görə, hərbi yardım xüsusən də yeni silahların alınmasına gedəcək.

“Əvvəlki illərdə biz də müvafiq məbləğdə belə razılaşmalar həyata keçirmişik”, - deyə Sibiqa vurğulayıb.

Bundan əlavə, Ərdoğanın səfəri çərçivəsində miqrasiya sahəsində əməkdaşlığa dair sazişlər və təcili yardım xidmətləri arasında qarşılıqlı fəaliyyət haqqında sənəd imzalanacaq.

“Ayrıca, sürücülük vəsiqəsinin qarşılıqlı tanınması haqqında sazişin imzalanacağını gözləyirik. Bu, hər iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsini gücləndirməyə yönəlmiş əməli addım olacaq”, -deyə səfir əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...