Keçmiş nazir Paşinyanın arvadını məhkəməyə verəcək

Keçmiş nazir Paşinyanın arvadını məhkəməyə verəcək

Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan “Aykakan Jamanak” qəzetini məhkəməyə verəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şikayət yanvarın 12-də qəzetdə çıxan “Şərəfim var ya şərəfim yoxdu? Mişik, Artur, Arik” sərlövhəli məqalə ilə bağlıdır. Vanetsyanın vəkilləri məqalədə onun şərəf və ləyaqətinin alçaldığı, böhtan xarakterli məlumatların yazıldığını bildirirlər. Məqalədə Vanetsyanın Kriminal avtoritet Aram Vardanyanın köməyi ilə Anna Akopyan barədə təhir və iftira dolu yazılar dərc etdirdiyini yazır.

Xatırladaq ki, “Aykakan Jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyanın yoldaşı Anna Akopyandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...