Türkiyədə qar uçqununda 8 nəfər öldü

Türkiyədə qar uçqununda 8 nəfər öldü

Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb. “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Türkiyənin şərqindəki Van vilayətində baş verən qar uçqunu nəticəsində 50-dən çox adam uçqun altında qalıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbəri Mehmet Emin Bilmez məlumat verib.

Son məlumatlara görə, 300-dən artıq xilasedicinin qatıldığı işlər hazırda davam edir. Hazırda 25 nəfər qar altından çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...