Venesuelada müxalifət liderinin dayısı bomba ilə saxlanıldı

Venesuelada müxalifət liderinin dayısı bomba ilə saxlanıldı

Venesuela hökuməti müxalifət lideri Xuan Quaidonun dayısını saxlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Venesuela parlamentinin spikeri Lioslalo Kabelo deyib.

Onun sözlərinə görə, hökumət Quaidonun dayısını “TAP Portugal” aviaşirkətinin təyyarəsi ilə ölkəyə partlayıcı maddə daşımağa cəhddə ittiham edib. O, saxlanılan şəxsin Xuan Xose Markes olduğunu bildirib.

Markesin saxlanılan yükündə partlayıcı ilə bərabər yaddaş kartları da aşkarlanıb. Kabelo bu kartlarda ingilis dilində məxfi məlumatların saxlanıldığını bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
94 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...