Sürücü nəsli tükənməkdə olan heyvanı vurub öldürdü - VİDEO

Sürücü nəsli tükənməkdə olan heyvanı vurub öldürdü -

Rusiyada magistral avtomobil yoluna çıxan nəsli tükənməkdə olan Amur pələngini maşın vurub.

“Report” İHA-ya istinadən xəbər verir ki, hadisə ölkənin Primorski diyarında baş verib.

Nəticədə Amur pələngi tələf olub.

Hüquq-mühafizə orqanları qəzanı törədən sürücünün ifadəsini aldıqdan sonra onu sərbəst buraxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, “Qırmızı kitab”a daxil edilən Amur pələnginin dünyada sayı 580-600 arasıdır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...