Türkiyədə qəza, Xurşudbanu Abdullayeva ağır yaralandı

Türkiyədə qəza, Xurşudbanu Abdullayeva ağır yaralandı

Türkiyənin Kocaeli bölgəsində sərxoş sürücü avtomobilini yük avtomobilinə çırparaq qəza törədib. Hadisə gecə saat 01.30-da Çayırova ilçəsində baş verib.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Osman Zile adlı sürücü idarə etdiyi “34 PH 0142” nömrəli avtomobili qəfildən gözləmə mövqeyində olan Volkan Bayutmuşun idarə etdiyi “41 KY 597” nömrəli TIR-a çırpıb. Qəza nəticəsində yararsız hala düşən minik avtomobilinin sürücüsü və yanındakı əcnəbi Xurşudbanu Abdullayeva adlı sərnişin ağır yaralanıb. Yük avtomobilinin sürücüsü və hadisə şahidlərinin köməyilə onları avtomobildən çıxarmaq mümkün olub. Sürücünün vəziyyətinin qənaətbəxş olduğu, X. Abdullayevanın isə kritik durumda olduğu qeyd olunur. Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə Gebze Fatih Dövlət Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə gələn polis əməkdaşları minik avtomobilində spirtli içki şüşələri tapıblar. Müayinə zamanı sürücünün spirtli içki qəbul etdiyi və sərxoş halda avtomobili idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...