İranda koronavirusa yoluxma faktı aşkarlandı

İranda koronavirusa yoluxma faktı aşkarlandı

Son iki gündə İranın Qum şəhərində koronavirusa yoluxma şübhəsi ilə bağlı bir neçə hal qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə koronavirusa mümkün yoluxma ilə bağlı iki hal mövcuddur.

"Bu fakt hələlik ilkin təhlilin nəticəsidir. Göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki halda müsbət nəticə
oldu”, - İran Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.

Məlumatda yekun nəticələrin müəyyənləşdirilməsi üçün əlavə təhlillərinin aparılacağı vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...