5 türkün qətlinə Merkeldən reaksiya

5 türkün qətlinə Merkeldən reaksiya

Almaniya kansleri Angela Merkel Hanau qəsəbəsində iki kafeyə edilən hücuma münasibət bildirib.

Axar.az xəbər verir ki, A.Merkel hücumu kəskin şəkildə tənqid edib.

“Hadisəni törədənlərin irqçilərlə əlaqəsinin olması ilə bağlı əlimizdə dəlillər var. Biz vətəndaşlarımız arasında irqi və dini ayrı-seçkilik etmirik. Bu hadisənin arxasında kimlərin dayandığını mütləq araşdıracağıq”, - deyə Merkel bildirib.

Qeyd edək ki, bu gün Almaniyanın qərbində, Frankfurt şəhərinin 25 kilometrliyində yerləşən Hanau qəsəbəsində iki kafeyə hücum olunub. Hücum edilən kafelər türklərə məxsus olub. Hücum zamanı 8 nəfər ölüb. Ölənlərin 5-nin türk olduğu bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...