"Qumda koronavirusdan 50 nəfər ölüb" - Deputat

"Qumda koronavirusdan 50 nəfər ölüb" -

İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib.

“Report” İLNA xəbər agentliyinə istinadən xəbər verir ki, o, nazirliyi ölkədə tüğyan edən koronavirusa qarşı zəruri tədbirlər görməməkdə ittiham edib.

Deputat Qumda gündə 10 nəfərin koronavirusdan öldüyünü, son iki həftə ərzində isə 50 nəfərin bu infeksiyadan dünyasını dəyişdiyini bildirib.

Ə.Fərahani vurğulayıb ki, hazırda Qumda 250 nəfər karantin altındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...