“Karantinə alınanlardan 4-ü Azərbaycan vətəndaşıdır” - Gürcü nazir

“Karantinə alınanlardan 4-ü Azərbaycan vətəndaşıdır” -

Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.

“Qafqazinfo” “Birinci Kanal”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Nazirin sözlərinə görə, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, 4-ü Gürcüstan vətəndaşıdır.

“Beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır”, -deyə nazir qeyd edib.

Tikaradze bildirib ki, bu mərhələdə Gürcüstanda geniş yayılmış koronavirus riski yoxdur.

“Əhalini əmin edirəm ki, hazırda Gürcüstanda geniş yayılmış koronavirus riski yoxdur və buna görə də epidemiya təhlükəsi yoxdur.

Koordinasiyalı işimizi davam etdiririk və hazırda yoluxmuş insanlarla sıx təmasda olan və yüksək riskli ərazilərdən Gürcüstana gələn vətəndaşların karantini üçün kifayət qədər yer var. Bu yerlər Gürcüstanın fərqli yerlərində yerləşir. Onlar üçün əlverişli şəraitin yaradılmasına çalışırıq. Batumidə, eləcə də Kutaisidə yerləşən xəstəxanaları səfərbər etmişik, bir neçə xəstəxana da Tbilisidədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...