Yaponiyada koronavirusa görə məktəblər bağlanır

Yaponiyada koronavirusa görə məktəblər bağlanır

Yaponiyanın baş naziri Şinzo Abe koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində ölkə boyu bütün məktəbləri müvəqqəti olaraq bağlamaq niyyətində olduqlarını bildirib.
“Report” “Kyodo”ya istinadən xəbər verir ki, məktəblər qarşıdakı bazar ertəsindən etibarən yaz tətilinin sonunadək bağlı olacaq.
Ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bu qadağanı məktəbəqədər təhsil müəsssələrinə şamil etməməyi nəzərdə tutur.
Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanlar 900 nəfərdən çoxdur, onların 705 nəfəri “Diamond Prinsess” gəzinti gəmisində olanlardır. Ölkədə koronavirusdan ölənlərin sayı isə 8 nəfərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...