Rusiyada 1 gündə koronavirusa yoluxanların sayı artdı

Rusiyada 1 gündə koronavirusa yoluxanların sayı artdı

Rusiyada koronavirusa yoluxanların sayı 147 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, son 1 gündə 33 nəfərdə koronavurus aşkarlanıb.
Moskvada 31, Tomsk və Novosibirsk vilayətlərinin hər birində isə 1 nəfərdə virus qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 204 610-yə çatıb. Bunların 82 866 nəfəri sağalıb, 8 269 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...