Azərbaycanda onlayn supermarket yaradılıb

Azərbaycanda onlayn supermarket yaradılıb

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması, eləcə də infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına olan tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilərlər.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu məqsədlə KOBİA-nın dəstəyi ilə onlayn supermarket (“BakuMart Supply” tətbiqi) yaradılıb.

Ərzaq məhsullarının çatdırılması xidmətlərinin təşkilinə dair KOBİA-nın təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə keçirdiyi görüşlərin və Agentliyə daxil olan müraciətlərin nəticəsində “BakuMart Supply” tətbiqi təkmilləşdirilib və mövcud vəziyyətlə bağlı karantin tələblərinə uyğunlaşdırılıb. “BakuMart Supply” tətbiqinin təkmilləşdirilməsinə KOBİA ilə yanaşı, biznes tərəfdaşlığı platforması çərçivəsində yerli logistika, təchizat və onlayn ödəniş sistemləri tərəfindən də dəstək göstərilib.

Karantin dövründə “BakuMart Supply” vasitəsilə edilmiş sifarişlərin çatdırılması pulsuzdur.

Onlayn supermarketə sifarişlər yalnız veb sayt (https://bakumart.az/#/landing) və mobil tətbiq vasitəsilə verilə bilər:

iOS istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartiosA

Android istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartandroid

KOBİA xüsusi karantin rejimində ev şəraitində olan vətəndaşların ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatının daha dolğun qarşılanması, bu istiqamətdə elektron xidmətlərdən istifadənin genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...