Futbol hakimi karantin qaydalarını paraşütlə tullanaraq pozub

Futbol hakimi karantin qaydalarını paraşütlə tullanaraq pozub

Futbol üzrə Meksika çempionatının oyunlarını idarə edən hakim Adonay Eskobedo koronavirusla bağlı ölkədə tətbiq olunan karantin qaydalarını pozub.

"Report"un məlumatına görə,bu barədə "El Universal" nəşri xəbər yayıb. İzolyasiya qaydalarına əhəmiyyət verməyən 33 yaşlı referi paraşütlə tullanıb. O, daha sonra havada çəkilmiş fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Adonay Eskobedo cari mövsüm Meksika çempionatının 8 oyununa təyinat alıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...