ABŞ-da koronavirusdan ölənlərin sayı 22 000-i keçdi

ABŞ-da koronavirusdan ölənlərin sayı 22 000-i keçdi

ABŞ-da son 24 saatda daha 1 518 nəfər koronavirusdan ölüb. “Report” xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 22 116-ya çatıb.

Bildirilib ki, ştatlarda daha 27 607 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 557 663-ə yüksəlib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 872 000-i ötüb. Bunların 434 778 nəfəri sağalıb, 116 027 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...