İndiyədək Azərbaycanda 1 340 nəfər koronavirusa yoluxub

İndiyədək Azərbaycanda 1 340 nəfər koronavirusa yoluxub

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...