Türkiyədə vəzifəli şəxs koronavirusdan sağaldı

Türkiyədə vəzifəli şəxs koronavirusdan sağaldı

Üç həftə öncə koronavirusa yoluxan Türkiyənin Kırklareli şəhərinin valisi Osman Bilgin xəstəxanadan evə buraxılıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, valinin koronavirus testinin nəticəsi neqativ çıxıb.

Bildirilib ki, koronavirusdan sağalan 42 yaşlı O.Bilgin xəstələrin plazmafarez metodu vasitəsi ilə müalicəsi üçün qan verib.

Xatırladaq ki, rəsmi məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı İran və Çini ötərək 86 306 nəfərə çatıb. Onlardan 11 976 nəfəri sağalsa da, 2 017 nəfər virusun qurbanı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...