Gürcüstanda koronavirusa yoluxanların sayı 420-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 420-yə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 nəfər artaraq 420-yə yüksəlib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında məlumat yayılıb.

Qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların 107-si sağalıb, 5-i isə dünyasını dəyişib.

Karantində 5 223, stasionar nəzarətdə isə 584 nəfər saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...