Ermənistanda koronavirusa yoluxanların sayı 1 808-ə çatıb, 29 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 1 808-ə çatıb, 29 nəfər ölüb

Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 808-ə, pandemiyadan ölənlərin sayı isə 29-a yüksəlib.

Bildirilib ki, indiyədək 848 nəfər virusdan sağalıb. Qeyd edək ki, aprelin 26-na olan məlumata görə, ölkədə bir gündə 69 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaqki, koronavirusinfeksiyası ötənilindekabrında Çinin Uhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 995 000-i ötüb. Bunların 881 634 nəfəri sağalıb, 207 021 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...