Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə çatıb, 1 169 nəfər ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 114 431-ə çatıb, 1 169 nəfər ölüb

Rusiyada son bir gündə 7 933 nəfərə koronavirus diaqnozu qoyulub. “Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 114 431 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 96 nəfər artaraq 1 169-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 13 220 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 561. Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 310 000-i ötüb. Bunların 1 043 245 nəfəri sağalıb, 234 143 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...