Pekində park və muzeylər yenidən açıldı

Pekində park və muzeylər yenidən açıldı

Çinin paytaxtı Pekində yeni tip koronavirusa görə bağlanan parklar və muzeylər yenidən açılıb. Axar.az xəbər verir ki, ziyarətə açılan yerlər arasında Çinin ən məşhur muzeyi olan “Yasaq şəhər” də yer alıb.

Pandemiya ilə bağlı sıxlığın qarşısı almaq üçün muzeyin ziyarətçi tutumu 80 mindən 5 minə endirilib. Bildirilir ki, insanlar parklara hissə-hissə buraxılacaq. Müəyyən nöqtələrdə ziyarətçilərin temperaturu ölçüləcək.

Qeyd edək ki, Çində son 16 gün ərzində pandemiyadan ölüm halı qeydə alınmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...