Daha bir ölkədə Covid-19 məhdudiyyətləri UZADILDI

Daha bir ölkədə Covid-19 məhdudiyyətləri
Livan hökuməti koronavirus tədbirlərinə məhdudiyyətlərin iki həftə uzadıldığını açıqlayıb.

Unikal.org istinadən məlumat verir ki, Livanın rəsmi NNA agentliyindəki xəbərə görə, Nazirlər Kabineti, Prezident Mişel Avnın rəhbərliyi ilə Covid-19 pandemiyasındakı son inkişafları və bu çərçivədə əvvəllər qəbul edilmiş qərarları müzakirə etmək üçün toplanıb.

İclasda Covid-19 tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərin mayın 24-dək uzadılması qərara alınıb.

Görüş əsnasında Baş nazir Həsən Diyab təhlükəsizlik qüvvələrindən, ölkədə ikinci bir epidemiya dalğası ehtimalına qarşı görülən tədbirlərə ciddi əməl etmələrini istəyib.

Hökumət, epidemiya ilə mübarizə çərçivəsində 15 Martda elan edilən səfərbərlik çərçivəsində nəqliyyat və qida kimi təməl ehtiyaclarını ödəyən bəzi müəssisələrdən başqa özəl və dövlət qurumlarını bağlamaq qərarına gəlib.
Ramazan ayından etibarən məhdudiyyətlərin yüngülləşdirilməsi çərçivəsində gecə 21.00-05.00 arasında komendant saatı dəyişdirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, Kovid-19-un ilk dəfə ölkədə göründüyü 21 fevral tarixindən bu yana aşkarlanan xəstəliklərin sayının 741-ə yüksəldiyini və ölənlərin sayının artdığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...