Pakistan Prezidenti Prezident İlham Əliyevə telefonla zəng edib

Pakistan Prezidenti Prezident İlham Əliyevə telefonla zəng edib

Mayın 8-də Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfransının keçirilməsi münasibətilə təbriklərini çatdırdı və konfransın pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd edib.

Prezident İlham Əliyev bu tədbirin ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini bildirib.

Dövlət başçıları beynəlxalq səviyyədə ölkələrimizin bundan sonra da bir-birilərinin mövqeyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Prezident Arif Alvi koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıb, ikitərəfli münasibətlərin perspektivləri, o cümlədən iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...