Rusiya koronavirusa yoluxanların sayına görə Britaniyanı keçdi

Rusiya koronavirusa yoluxanların sayına görə Britaniyanı keçdi
Rusiyada son bir gündə 11 656 nəfərə koronavirus diaqnozu qoyulub. “Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 94 nəfər artaraq 2 009-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 39 801 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 6 169.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə Böyük Britaniyanı geridə qoyub. Krallıqda indiyədək 219 183 nəfərə COVID-19 diaqnozu qoyulub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 283 mindən çoxu isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...