İspaniyada koronavirusa yoluxanların sayı 230 000-i ötdü

İspaniyada koronavirusa yoluxanların sayı 230 000-i ötdü

İspaniyada ötən sutka ərzində daha 138 nəfər koronavirusdan ölüb. “Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 27 459-a çatıb. Ölkədə koronavirusa yoluxanların sayı isə 230 183-ə yüksəlib.

Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...